Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri BMT-nin İnkişaf Proqramının nümayəndəsini qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan üzrə müvəqqəti işlər vəkili Suxrob Xojimatovu qəbul edib.
Görüşdə Komitə tərəfindən ölkəmizdə aparılan şəhərsalma fəaliyyəti, dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində görülən işlər, tikinti sektorunda tətbiq edilən rəqəmsallaşdırma prosesi, həmçinin şəhərsalmaya dövlət nəzarəti və ictimai təsirin gücləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Qəbul zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında şəhərsalmaya dövlət nəzarəti sisteminin elektronlaşdırılmasına dair həyata keçirilən işlərdən danışılıb, müxtəlif sahələrdə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.