Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara elektron icazələr sistemi sahi...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara onlayn formada təqdim edildi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara onlayn formada təqdim edildi

Tikinti şirkətlərinin nümayəndələrinə “Bir pəncərə” sisteminin funksionallığı əyani nümayiş olundu.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İnşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sahəsində aparılan islahatlar və “Bir pəncərə” elektron müraciət sistemi haqqında növbəti maarifləndirici seminar təşkil edildi, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olundu. Komitənin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndələri və fərdi sahibkarlar qatıldı.
Qeyd olundu ki, son illər ölkəmizin bütün ərazisində həyata keçirilən genişmiqyaslı şəhərsalma prosesləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  bu sahədə davamlı aparılan köklü islahatlar sayəsində  əhalinin mənzil-məişət şəraiti yaxşılaşır, sahibkarlıq inkişaf edir.  Ölkə başçısının tapşırığına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istifadəyə verilən “Bir pəncərə” elektron müraciət sistemi tikinti sahəsində işlərin səmərəliliyinin artırılmasını, şəffaflığın təmin olunmasını, inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Belə ki, elektron sistem sayəsində prosedurların sayı 18-dən 7-dək, tələb olunan günlərin sayı isə 116-dan 38-dək azalmışdır. Bununla yanaşı bu imkan sayəsində tikinti niyyəti olan hər bir şəxs olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə elektron qaydada müraciət edərək ekspertizasının keçirilməsi tələb olunan və olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına icazələri onlayn əldə edə bilər. 
Təşkilatçılarla yanaşı, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC və “Azərsu” ASC kimi dövlət qurumlarının əməkdaşlarının da iştirak etdiyi vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funksional bölməsi  əyani formada nümayiş olundu, istifadəçinin elektron kabineti vasitəsilə  test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin onlayn şəkildə toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim olundu. 
Hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, bunlardan biri də sistemin tərkibində yaradılmış  yeni “məlumatlandırma icraatı” moduludur. Bu xidmət ilk mərhələdə pilot layihə olaraq Bakı şəhərində istifadəyə verilib və qısa müddət ərzində bütün ölkə üzrə tədbiq olunması planlaşdırılır.
Sonda tikinti şirkətlərinin nümayəndələrinin təklifləri dinlənilərək qeydə alındı, sistemin imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.



Bütün xəbərlər