Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Prezident İlham Əliyev: Şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsa...
Prezident İlham Əliyev: Şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir
Prezident İlham Əliyev: Şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli Şəhəri Günü münasibətilə orada yaşayan sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısının sözlərinə görə, işğaldan azad edilmiş torpaqlarda Böyük Qayıdış proqramı çərçivəsində şəhərsalma siyasəti, bərpa-quruculuq işləri həyata keçirilir. Habelə Füzuli şəhərinin yenidən qurulması, burada əhalinin məskunlaşması və yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlı görülən genişmiqyaslı işlərdən söz açıb, habelə özünüməşğulluq proqramının icra ediləcəyini vurğulayıb.

 

“Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir”.

 

Prezident həmçinin qeyd edib ki, Milli Şəhərsalma Forumunda iştirak edən beynəlxalq ictimaiyyət, layihələrin hazırlanması və tikintisi üzrə 53 ölkədən şəhərsalma mütəxəssisləri və memarlar da ölkədə həyata keçirilən şəhərsalma siyasətini yüksək qiymətləndiriblər. Milli Şəhərsalma Forumlarının Azərbaycanın xüsusilə Qarabağ və Şərqi Zəngəzur kimi azad edilmiş bölgələrində keçirilməsi yenidənqurma və inkişaf sahəsində əldə edilən əlamətdar nailiyyətləri vurğulayır, həmçinin Azərbaycanın unikal təcrübəsi və sürətli inkişafı dünya miqyasında nəzərə alınır.

 

“Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib, Ağdam və Zəngilanda və orada bizim bütün layihələrimiz təqdim edilib. Beynəlxalq təşkilatlar bunu çox yüksək qiymətləndirirlər, çünki doğrudan da burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların daxili quruluşu, həm mənzillərin daxili dizaynı, həm mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə, hər şey gözlənilib. Yəni, rahat yaşamaq üçün bütün infrastruktur, şərait var”, - deyə ölkə başçısı bildirib. 



Bütün xəbərlər