Ümumi planlar Azərbaycan Respublikasının ərazisi və ərazi hissələri, regionlar və rayon ərazi vahidləri səviyyəsində hazırlanır. Ümumi planlarda şəhərlər və bu şəhərləri birləşdirən nəqliyyat yolları, yolboyu və ya çayboyu ərazilər - inkişaf oxları, ərazilərin abadlaşdırılması və funksional təyinatının dəyişdirilməsi, mühəndis-kommunikasiya xətləri üçün yerlər və məskunlaşma sistemi ilə əhatə olunmayan ərazilərin (meşələr, kənd təsərrüfatı təyinatlı torpaqlar, faydalı qazıntı yerləri, xüsusi mühafizə olunan təbiət əraziləri və s.) planlaşdırılması nəzərdə tutulur. Ümumi planlar müddətsiz hüquqi qüvvəyə malikdir və onlara müvafiq dəyişikliklər edilə bilər.