Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Komitə) büdcə təsnifatının 221320 maddəsi üzrə ayrılmış vəsait hesabına “Komitənin inzibati binasında 2019-cu ildə cari təmir işləri”nin satın alınması ilə əlaqədar kotirovka sorğusu keçirir.
Satınalma prosedurunda iştirak etmək istəyənlər vergi və rüsumları nəzərə almaqla kotirovka təkliflərini möhürlənmiş, bağlı zərfdə 15.08.2019-cu il tarixində saat 18.00-a kimi Komitəyə təqdim etməlidirlər. Zərflərin açılış proseduru 16.08.2019-cu il tarixində saat 11:00-da Komitənin iclas zalında keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Satınalmalarla bağlı ödənişlər ayrılmış vəsaitə uyğun köçürmə yolu ilə həyata keçiriləcəkdir.
Satınalma prosedurlarının şərtləri barədə məlumat almaq üçün (012) 493-34-67 (daxili 182) nömrəli telefonla əlaqələndirici şəxs Elçin Kazımlıya müraciət oluna bilər.
Ünvan: AZ 1014, Bakı şəhəri, Füzuli küçəsi, 65.
Tender komissiyası