Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə əsasən yerli icra hakimyyəti orqanları tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin tikintiyə icazə verən orqan vasitəsi ilə verilməsini təmin edir.Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin tikintiyə icazə verən orqan vasitəsi ilə verilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur:
- Tikinti obyektlərinin mühəndiskommunikasiya təminatına dair tələblər;
- Tikinti obyektlərinin mühəndiskommunikasiya təminatı mənbələri;
- Müvafiq mühəndiskommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər;
- Mövcud mühəndiskommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması;
- Tikintiyə icazə verən orqan texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir.
Təchizat müəssisələri 10 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər.Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuya nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz.