Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 1969-cu ildən fəaliyyət göstərir.
Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərin baxılması, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəylərin verilməsi, şəhərsalma kadastrının aparılması və habelə İdarənin əsasnaməsinə əsasən nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət istiqamətləri olan icra hakimiyyəti orqanıdır..