Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Belarus Respublikasının arxitektura və tikinti naziri ilə işgüzar görüş...
Komitə sədri Anar Quliyev Belarus Respublikasının arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib
Komitə sədri Anar Quliyev Belarus Respublikasının arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib

14 may 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və tikinti naziri Ruslan Parxamoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Qonaqları salamlayan Komitə sədri “Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın aktivləşdirilməsinə dair Niyyət Memorandumu” sayəsində qurumlar arasında son illər ərzində şəhərsalma, memarlıq və tikinti sahələrində sıx əməkdaşlığın və geniş təcrübə mübadiləsinin mövcudluğundan məmnun olduğunu vurğulayıb.

 

Anar Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərsalma sahəsində həyata keçirdiyi islahatların nəticələri, xüsusən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri barədə də qonaqlara ətraflı məlumat verib.

 

Geniş məlumata görə minnətdarlığını bildirən Ruslan Parxamoviç son illər ərzində Belarusda tikinti sahəsində aparılan islahatlardan və yeniliklərdən, Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi imkanlarından söhbət açıb.

 

Görüş zamanı tərəflər həmçinin şəhərsalma sahəsində dövlət inzibatçılığı, ölkələrimizdə yaşayış məntəqələrinin və tikinti obyektlərinin layihələndirilməsi üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarını geniş müzakirə ediblər.  



Bütün xəbərlər