Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Şirvan şəhərində vətəndaşların qəbulu keçirildi
Şirvan şəhərində vətəndaşların qəbulu keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir. Bu dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qəbul cədvəlinə uyğun olaraq Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul 21 iyun tarixində Şirvan şəhərində baş tutub. 
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib. Komitə sədri Anar Quliyev  Ulu öndərin ömür yolunu və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.
Sonra Şirvan Gənclər Evində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə uyğun məsələlər cavablandırılaraq bəziləri yerində həllini tapıb, digərlərinin araşdırılması üçün aidiyyəti üzrə göstərişlər verilib.



Bütün xəbərlər