Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Əlaqə
  • Sual-cavab
  • Tikintiyə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün hansı sənədlər tələb olu...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarına istinad olaraq, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:

  • Tikintiyə icazə;
  • Xarici və daxili mühəndiskommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;
  • Tikinti obyektinin ünvanı haqqında arayış;
  • Liftlərin istismara qəbulu aktı;
  • Kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin arayışı;
  • Tikinti obyektinin sanitargigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;
  • Obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;
  • Obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikintiquraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);
  • Obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;
  • Sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;
  • Tikinti quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);
  • Sifarişçi tərəfindən hissələrə (tikinti növbələri kimi) istismara icazə alınmış obyektlərin bütövlükdə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.