Anar Quliyev: “Azərbaycan tikinti sənayesinin ətraf mühitə təsirini minimuma endirmək istiqamətində səylərini gücləndirir”
COP29-da Şəhərsalma Günü çərçivəsində “yaşıl” tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlim böhranının həlli ilə bağlı keçirilən dəyirmi masada dövlət və özəl sektor nümayəndələri dayanıqlı inkişaf məqsədlərini müzakirə etmək üçün bir araya gəliblər.
Komitə sədri Anar Quliyev həmkarları ilə birgə iqtisadi artımın sürətlənməsində tikinti sənayesinin rolundan danışaraq, ətraf mühitə təsirini minimuma endirməyin vacibliyini vurğulayıb.
Azərbaycanın müasir yanaşmaların tətbiqində ardıcıl səylərindən bəhs edən Anar Quliyev, o cümlədən “yaşıl” tikinti standartlarının tətbiqi, layihə idarəçiliyi səmərəliliyini artırmaq üçün Binaların İnformasiya Modelləşdirilməsi (BIM) texnologiyalarının istifadəsi və Komitə tərəfindən hazırlanmış “e-tikinti” sistemi vasitəsilə tikintiyə icazə prosesinin sadələşdirilməsi məsələlərinə toxunub. O, həmçinin dayanıqlı gələcək naminə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib.