Azərbaycan Sinqapurla şəhərsalmada qabaqcıl texnologiyaların tətbiqi sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Sinqapur Milli İnkişaf Nazirliyinin Yaşana bilən Şəhərlər Mərkəzinin sədri professor Çonq Kun Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı davamlı və yaşanabilən sağlam şəhərlər yanaşması, ekoloji həllər, qabaqcıl şəhərsalma texnologiyaları və şəhər idarəçiliyinin rəqəmsallaşdırılmasında Sinqapurun böyük təcrübəsinə xüsusi diqqət yetirməklə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qonaq COP29-da Şəhərsalma Gününün uğurlu təşkili, həmçinin Azərbaycanın “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət” təşəbbüsü və Bakı Davamlılıq Koalisiyasının yaradılması münasibətilə təbriklərini çatdırıb.
Sonda tərəflər bir-birini Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna və Sinqapurda təşkil olunacaq Ümumdünya Şəhərlər Sammitinə dəvət ediblər.