Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə ağacəkmə aksiyası keçirildi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə ağacəkmə aksiyası keçirildi

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ rayonunda, Bakı dairəvi yolunun kənarında yerləşən ərazidə ağacəkmə aksiyası keçirilib. Hər iki dövlət qurumundan ümumilikdə 1000 nəfərdən çox əməkdaşın iştirak etdiyi aksiyada 1000 şam ağacı əkilib.

​Qeyd olunmalıdır ki, ağacəkmə aksiyasından öncə, ayrılmış ərazi daş və digər tullantılardan təmizlənərək əkiləcək ağacların və digər yaşıllıqların il boyu suvarılmasını təmin etmək məqsədilə zəruri su xətləri çəkilib, suvarma sistemi təşkil edilib.

Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır. Dövlət Bayrağı Günündə keçirilən bu növbəti iməcilik, avtomobil yolu boyunca əkilən yeni ağaclar və ərazinin abadlaşdırılması Bakı şəhərində ekoloji tarazlığın bərpası və paytaxtın daha da gözəlləşdirilməsi istiqamətində görülən sistemli işlərin davamıdır.



Bütün xəbərlər