Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Özbəkistan Respublikasının Azərbaycandakı səfir...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Özbəkistan Respublikasının Azərbaycandakı səfirini qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Özbəkistan Respublikasının Azərbaycandakı səfirini qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovu qəbul edib.
Görüş çərçivəsində Komitə sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətə toxunaraq Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini, davamlı təxribatlarını xüsusi vurğuladı, günahsız mülki əhaliyə, mülki obyektlərə raket zərbələri endirərək terror və müharibə cinayətləri törətdiyini bildirdi. Anar Quliyev işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı cari ilin 27 sentyabr tarixində təşkil etdiyi növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq beynəlxalq hüququn tələblərinə uyğun şəkildə vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və ölkəmizin işğal olunmuş ərazilərinin azad olunması üçün öz ərazisində apardığı əks-hücum və anti-terror əməliyyatı barədə qonağı məlumatlandırdı.
Bununla yanaşı, Azərbaycan Respublikasının silahlı qüvvələrinin Ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən işğaldan azad olunan yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən aparılan hazırlıq işləri barədə səfirə məlumat verildi.
Özbəkistanın münaqişə ilə bağlı dəyişməz mövqeyini – Dağlıq Qarabağın və işğal olunmuş bütün ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiqləyən səfir Aşrafxanov ölkəsinin Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini və bu münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyində əminliyini bildiridi.
Görüşdə iki ölkənin müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması, tikinti və şəhər infrastrukturunun təkmilləşdirilməsi sahəsində son illər ərzində formalaşmış əməkdaşlığın inkişaf etdirilməsi imkanları, layihələndirmədə müasir texnologiyalaırn tətbiqi, şəhərsalma fəaliyyətinin həyata keçirilməsinə dövlət nəzarəti və s. sahələrdə ikitərəfli əlaqələr və potensial birgə layihələr barədə geniş fikir mübadiləsi aparıldı.



Bütün xəbərlər