Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Ağsu şəhərində keçirib
Komitə sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Ağsu şəhərində keçirib

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

 

11 iyun 2024-cü il tarixində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərinin qəbulu zamanı tikintinin planlaşdırılması, tikinti və istismara icazə icraatı ilə bağlı qaldırılan suallar cavablandırılıb, Komitənin bu məqsədlə yaratdığı elektron sistemdən istifadənin üstünlükləri barədə məlumat verilib.

 

Səfər çərçivəsində Komitə sədri Anar Quliyev və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhərin Baş Planının icra vəziyyəti, ictimai məkanların yaradılması, mənzil tikintisi imkanları və digər şəhərsalma məsələləri ətrafında geniş müzakirə aparıblar.

 



Bütün xəbərlər