12-ci Ümumdünya Şəhərsalma Forumu başa çatdı və qürurla elan edirik ki, növbəti Forum 18-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək!
Bu, Azərbaycanın dayanıqlı inkişaf və şəhərlərimizin müasirləşməsi sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirməsi üçün böyük bir fürsət və şərəfdir.
Bütün iştirakçılara dəyərli müzakirələr və təcrübə mübadiləsi üçün təşəkkür edirik. Bu bizi gələcəyin şəhərlərini yaratmaq istiqamətində yeni addımlar atmağa ilhamlandırır.
Bir daha BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax və Misir hökumətini Forumun mükəmməl təşkili münasibətilə təbrik edirik!
Bakıda görüşmək ümidi ilə!
Все новости