Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Azərbaycan nümayəndə heyəti Dünya Şəhərlər Günündə iştirak edib
Azərbaycan nümayəndə heyəti Dünya Şəhərlər Günündə iştirak edib

BMT-nin 2013-cü ildə qəbul edilmiş müvafiq qərarına əsasən hər il fərqli şəhərdə qeyd olunan Dünya Şəhərlər Günü bu il “Hamı üçün davamlı şəhər gələcəyinin maliyyələşdirilməsi” mövzusu altında İstanbulda qeyd edilir. Bakıda Ümumdünya Məskunlaşma Günü ilə başlayan Şəhərsalma ayının son günündə keçirilən bu tədbir şəhər və digər yaşayış məntəqələrinin sürətli dəyişməsinin yaratdığı çətinliklər və həlləri istiqamətində mövcud imkanlar haqqında müzakirələrin aparıldığı platforma rolunu oynayır.

Tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəhərlərin görünməmiş sürətlə böyüməyə və inkişaf etməyə davam etdiyi bir vaxtda urbanizasiya üçün davamlı həllərin müəyyən edilməsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının canlı, inklüziv və davamlı şəhər mühitinin yaradılmasına ciddi əhəmiyyət verdiyini bildirib, işğaldan azad edilən ərazilərdə də gedən şəhər və kəndlərin yenidən qurulması zamanı qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edildiyini qeyd edib.

 

Eyni zamanda, tədbir çərçivəsində Komitə sədrinin BMT-nin Məskunlaşma Proqramının İcraçı direktoru Maimunah Mohd Sharif və bir sıra ölkələrdən olan həmkarları ilə keçirdiyi məhsuldar görüşləri zamanı şəhərsalma və memarlıq sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri müzakirə edilib.



Все новости