COP29: Anar Quliyev xarici həmkarları ilə birgə iqlimə dayanıqlı şəhərlər mövzusunda müzakirələr aparıb
COP29-da Dünya Yaşıl İqtisadiyyat Təşkilatının pavilyonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome, Yaşıl İqlim Fondu, Keniya Milli Xəzinədarlığı və digər qurumlardan olan həmkarları arasında şəhər əhalisi üçün iqlimə dayanıqlılığın gücləndirilməsi, təhlükəsiz və #davamlı şəhərlərin yaradılması mövzusunda müzakirələr aparılıb.
Qeyd edilib ki, bu gün Azərbaycanda Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal işlər aparılır, urbisid və ekosid nəticələrinin aradan qaldırılması, minlərlə ailənin uzunmüddətli məcburi köçkünlükdən sonra geri qayıtması təmin edilir. İqlim dəyişikliyi ilə mübarizə tədbirləri ölkəmizdə şəhərsalma proseslərinə inteqrasiya olunub.
Həmçinin iqlim dəyişikliyinin təsirlərinə həssas olan əhalinin təhlükəsiz və davamlı şəhərlərdə yaşamasına töhfə vermək məqsədilə yaşıl, ağıllı və dayanıqlı şəhərlərin yaradılması sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb.
Все новости