Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Fransa Şirkətlər Hərəkatının və aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Fransa Şirkətlər Hərəkatının və aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı - “MEDEF İnternational”ın baş icraçı direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğundan məmnunluq ifadə edilib, ölkəmizdə həyata keçirilən şəhərsalma fəaliyyəti, hazırlanan ərazi planlaşdırma sənədləri haqqında məlumat verilib. İşğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərindən danışılıb, qısa vaxt ərzində əldə edilmiş nəticələrə toxulunulub və həmin ərazilərin inkişaf etdirilməsi yolları müzakirə edilib. Bildirilib ki, müxtəlif istiqamətlərdə Fransa şirkətləri ilə qurulmuş işğüzar əlaqələrin şəhərsalma və tikinti sahələrində də davam etdirilməsi ikitərəfli münasibətlərin daha da dərinləşməsində töhfə verə bilər.

Görüş zamanı «MEDEF İnternational» təşkilatı və təmsil olunan “Alstom”, “Suez”, “Thales”, “Egis”, “Arverne Group” və digər şirkət nümayəndələrinin təqdimatları dinlənilib, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində Fransalı iş adamlarının da iştirak etmək niyyəti diqqətə çatdırılıb, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.    



Все новости