Ər-Riyad şəhərinin meri WUF12-də Azərbaycan pavilyonu ilə tanış olub
Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətinin rəhbəri və Ər-Riyad şəhərinin meri Əlahəzrət Şahzadə Faysal bin Əbdüləziz bin Ayyaf WUF12 çərçivəsində Azərbaycan pavilyonunu ziyarət edərək ölkəmizin innovativ şəhərsalma layihələri və dayanıqlı inkişaf təşəbbüsləri ilə tanış olub, bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
O, həmçinin Azərbaycanda "Böyük Qayıdış" dövlət proqramı çərçivəsində həyata keçirilən layihələrə və həmçinin Bakı şəhərinin Baş planına maraq göstərib, Azərbaycanda görülən işlərin və təşəbbüslərin regionun gələcək inkişafı üçün mühüm əhəmiyyətini xüsusilə qeyd edib.
Все новости