Komitə sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində çıxış edib
O vurğulayıb: “Dünyada karbon emissiyalarının və enerji istehlakının təxminən 70%-i şəhərlərin payına düşsə də, məhz bu şəhərlər gələcəyin ən böyük imkanlarını da özündə daşıyır. Ağıllı şəhərsalma, innovativ texnologiyalar və uzaqgörən Baş planlar sayəsində biz yalnız iqlimədavamlı deyil, həm də sağlam, yaşıl və insan mərkəzli şəhərlər yarada bilərik.”
Sonda Anar Quliyev tədbirə qatılan həmkarlarını 15-17 oktyabr 2025-ci il tarixlərində keçiriləcək III Milli Şəhərsalma Forumunda (NUFA3) müzakirələrə dəvət edib. O, Forumun əsas mövzularının – iqlimə davamlılıq, sağlam şəhərlər və inklüzivlik – ədalətli və dayanıqlı şəhər gələcəyinə olan inamımızı və sadiqliyimizi bir daha nümayiş etdirəcəyini bildirib.
Все новости