Komitə sədri Azərbaycan Pavilyonunda Türkiyə nümayəndə heyətinin rəhbəri, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF12 çərçivəsində Azərbaycan Pavilyonunda Türkiyə nümayəndə heyətinin rəhbəri, Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulutla səmərəli görüş keçirib.
Görüşdə qardaş ölkələrimiz arasında şəhər planlaşdırılması və infrastrukturun inkişafı üzrə əməkdaşlığın gücləndirilməsi yollarını araşdırılıb və dəyərli təcrübə mübadiləsi aparılıb. Həmçinin Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin nəticələri barədə də danışılıb.
Sonda Ömər Bulut 2026-cı ildə Bakıda keçiriləcək WUF13-ə dəvət edilib.
Все новости