Komitə sədri Çin Xalq Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb
Aprelin 21-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey ilə görüşüb.
Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının gücü bir daha vurğulanıb.
Tərəflər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran mühüm qlobal platforma kimi rolunu qeyd edərək, Çin tərəfinin bu platformada fəal iştirakını məmnunluqla bildiriblər.
Bununla yanaşı, Forum çərçivəsində yüksək səviyyəli nümayəndə heyətlərinin, akademik dairələrin və özəl sektor təmsilçilərinin geniş iştirakının gözlənildiyi bildirilib.
Все новости