Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Tacikistan Respublikası Hökuməti yanında Memarlıq və Tikinti Komitəsi ölkəmizdə memarlıq sahəsində fəaliyyət göstərən şirkətləri və fiziki şəxsləri “Düşənbə şəhərində Milli Landşaft və Etnoqrafiya Parkının ən yaxşı eskiz layihəsi”nin seçilməsi ilə bağlı bir mərhələdə keçirilən açıq müsabiqədə iştiraka dəvət edir.

 

Müsabiqənin mükafat fondu birinci yer üçün 40 000 (qırx min) somoni (təqribən 6000 azn), ikinci yer üçün 20 000 (iyirmi min) somoni (təqribən 3000 azn), üçüncü yer üçün 15 000 (on beş min) somoni (təqribən 2250 azn) təşkil edir. 

 

Eskiz layihəsi Düşənbə şəhərində Milli Landşaft və Etnoqrafiya Parkına dair Konsepsiyanın tələblərinə əsasən hazırlanmalıdır (müsabiqə şərtləri və konsepsiyanı əldə etmək üçün office@arxkom.gov.az ünvanına müraciət etməyiniz xahiş olunur).

 

Sərgidə iştirak etmək istəyən təşkilat və fiziki şəxslər 15.02.2021-cil tarixinədək Düşənbə şəhəri, Hüseynzadə küçəsi, 36 ünvanında yerləşən Tacikistan Respublikası Hökuməti yanında Memarlıq və Tikinti Komitəsinə “Müsabiqə üçün” yazısını qeyd edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • obyektin əsas memarlıq, tikinti və texniki xüsusiyyətlərini əhatə edən 5 vərəqdən çox olmayan məktub – 2 nüsxədə;
  • 1:2000 miqyasında Baş plan;
  • A0 (800x1200 sm) formatında cizgilər;
  • 1:100, 1:200 miqyasında fasadların cizgiləri;
  • “Ana sevgisi” heykəli ilə parka girişin cizgisi;
  • Torpaq (ərazi) kəsiyinin cizgisi;
  • Yolların planlaşdırılmasının cizgiləri;
  • Hovuz və şəlalələrin plan cizgiləri;
  • Qrafik materiallar, 3D və sərbəst mövzuda məktub;
  • Layihənin sol yuxarı küncündə şüar və məktub 10 mm-lik böyük hərflərlə yazılmalıdır;
  • Zərfin içinə qoyulan məktubda müəlliflər haqqında zəruri məlumatlar (ad, soyad, ata adı və yaxud təşkilatın adı, ünvanı və telefon nömrəsi) qeyd edilməlidir;
  • Qrup tərəfindən hazırlanmış layihələrdə şüara əlavə olaraq ayrı vərəqdə müəlliflərin imzaları qeyd edilməlidir;
  • Layihə işlənərkən kompüter qrafikası və maketdən istifadə olunması tövsiyə olunur.