Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 26 aprel 2024-cü il tarixində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 597 00 47,  (+994 12) 595 13 50 (daxili:163, 599) nömrəli telefonları, sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

 

Bununla yanaşı, vətəndaşlar “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.

 

Ünvan: Qusar şəhəri, Heydər Əliyev prospekti 134 (Heydər Əliyev Mərkəzi)

 

Keçirilmə vaxtı: saat 10:00