Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dekabr ayının 14-də Kürdəmir, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Kürdəmir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67, (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, müraciət formasını dolduraraq qəbula yazılmaq mümkündür.