Dövlət şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 18 sentyabr 2026-cı il tarixində Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə təşkil edilən qəbulda Tərtər, Ağcabədi, Ağdam, Bərdə və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbul üçün vətəndaşlar əvvəlcədən rəsmi şəkildə qeydiyyatdan keçməli, qəbula gələrkən isə şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Vətəndaşlar qeydiyyatdan keçmək üçün 16 avqust 2026-cı il, saat 18:00-dək Komitənin office@arxkom.gov.az elektron poçt ünvanına yazıb və ya www.arxkom.gov.az rəsmi internet səhifəsindəki müraciət formasını doldurub göndərməklə, həmçinin (+994 12) 597 00 47 nömrəli “Qaynar xətt” və (+994 12) 595 13 50 nömrəli (daxili nömrə: 599, 578) telefonlara zəng edərək (I-V günlər, saat 09:00-18:00 arası) şifahi formada müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş şəxslərə qəbulun keçiriləcəyi dəqiq ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda sentyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.