Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

2021-ci il 19 oktyabr tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcək.

Ətraflı məlumat üçün keçid: “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası (azranking.az)

İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər və işçi qrupun 02.09.2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, bununla yanaşı, işçi qrupun Fəaliyyət Planının 9 aylıq yekun qiymətləndirilməsinə hazırlıqla bağlı məsələlər də müzakirə ediləcəkdir.

Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.