Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun 19 noyabr 2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda işçi qrupun daha öncəki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti, son bir ay ərzində "Bir pəncərə"  e-sisteminin imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər, sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılması məqsədilə hazırlanmış Kommunikasiya Strategiyasının layihəsi barədə məlumat verilməsi, habelə növbəti il üçün Fəaliyyət Planı ilə bağlı verilmiş təkliflərin müzakirə edilməsi planlaşdırılmışdır.

Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək istəyən şəxslər https://azranking.az/ portalında “Onlayn Müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.

Ətraflı məlumat üçün keçid: “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası (azranking.az)