Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

2 noyabr 2022-ci il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcəkdir.
İclasda “Tikintiyə icazələrin verilməsi işçi qrupu”nun 2022-ci il ərzində fəaliyyət planının icrası ilə bağlı işlərin yerinə yetirilməsi, tikintiyə və istismara icazə icraatına dair statistik göstəricilər barədə məlumat veriləcək. 
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsinin “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.