Anar Quliyev Cenevrədə Mənzil Siyasətinin Əlçatanlığı və Dayanıqlılıq üzrə Nazirlər Görüşündə iştirak edib
Komitə sədri Anar Quliyev oktyabrın 8-də İsveçrənin Cenevrə şəhərində UNECE-nin Şəhərsalma, Mənzil və Torpaq İdarəetmə Komitəsinin 86-cı sessiyası çərçivəsində Mənzil Siyasətinin Əlçatanlığı və Dayanıqlılıq üzrə Nazirlər Görüşündə iştirak edib.
Görüşdə mənzil siyasətində əlçatanlığın və keyfiyyətin təmin edilməsi, dayanıqlılıq və inklüzivliyin artırılması kimi əsas problemlər müzakirə edilib. Həmçinin Azərbaycanın güzəştli mənzil və sosial ipoteka proqramları üzrə Strateji Yol Xəritəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı yenidənqurma və məskunlaşma ilə bağlı təcrübəsi bölüşülüb.
Anar Quliyev bu məsələlərin 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) gündəliyi ilə birbaşa bağlı olduğunu xüsusilə vurğulayıb, həmkarlarını bu vacib dialoqu davam etdirmək üçün Bakıya dəvət edib.