Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Azərbaycan WUF12-də münaqişədən sonrakı bərpa və şəhərsalma innovasiyaları sahəsində təcrübəsini bölüşüb
Azərbaycan WUF12-də münaqişədən sonrakı bərpa və şəhərsalma innovasiyaları sahəsində təcrübəsini bölüşüb

WUF12 çərçivəsində baş tutan “Azərbaycanda şəhərsalma innovasiyaları: Müasir şəhərsalma yanaşmaları və strategiyalarını uyğunlaşdırmaqla münaqişə sonrası regional bərpa üçün inteqrasiya olunmuş həllər” adlı yan tədbirdə münaqişədən sonrakı bərpa prosesində davamlı və innovativ həllərin tətbiqi sahəsində Azərbaycanın təcrübəsinə diqqət yetirilib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad edilmiş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirovun moderatorluğu ilə keçirilən tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax da iştirak edib. 

 

Sessiyada şəhərlərin inkişafında müasir yanaşmalar, dayanıqlı infrastrukturun yaradılması və şəhər planlaşdırılmasında ekoloji həllərin tətbiqi ilə bağlı mövzulardan bəhs olunub.

 

Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, “SA Partners” şirkətinin həmtəsisçisi Dunya Kovari-Binggeli, Chapman Taylor Architects” şirkətinin direktoru Marselina Zyelinska, “Büro Mühit” şirkətinin həmtəsisçisi Toğrul Bayramov çıxış edərək, şəhərsalma innovasiyaları və dayanıqlı bərpa strategiyaları sahəsində təcrübələrini bölüşüblər.

 



Все новости