Все категории
Все категории
Объявления
Вопрос-ответ
Законодательство
Миссия и видение
Новости
Выступления и интервью
Подведомственные организации

Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ən yaxşı memarlarını “Təməl” mükafatı ilə təltif etdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ən yaxşı memarlarını “Təməl” mükafatı ilə təltif etdi

19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis edildiyi 28 fevral tarixində ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə açılış nitqi ilə çıxış edən Komitə sədri Anar Quliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi xüsusi diqqəti və qayğısı sayəsində uğurla davam etdirildiyini vurğuladı. O, son illər ərzində bu sahədə mühüm struktur və qanunvericilik islahatlarının həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, münsiflər heyətinin sədri, əməkdar memar İlqar İsbatov, həmçinin münsiflər heyətinin üzvü, əməkdar memar Nəriman İmaməliyev çıxış edərək bu təşəbbüsün müasir şəhər mühitinin yaradılması, memarlıq ənənələrinin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.



Все новости