Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tikintinin layihələdirilməsində nöqsanların aradan qaldırılması yolları mövzusunda seminar keçirilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində tikintinin layihələdirilməsində nöqsanların aradan qaldırılması yolları mövzusunda seminar keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planına əsasən layihələrin keyfiyyətinin artırılması və layihəçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində seminar təşkil edilib. Seminarda Komitənin səlahiyyətli şəxsləri və layihəçi şirkətlərin nümayəndələri, memarlar iştirak ediblər.

Tədbirdə ərazi planlaşdırma sənədlərinin və tikinti layihələrinin tərtibatı zamanı aşkar olunan əsas nöqsanlar barədə danışılıb, onların aradan qaldırılması yolları ətrafında müzakirələr aparılıb. Bildirilib ki, bir sıra hallarda şəhərsalma əsaslandırmaları və memarlıq həlli bölmələri arasında ciddi uyğunsuzluqlar müşahidə olunur, tikinti əmsalları və ara məsəfələri kimi əsas tələblərə layihəçilər tərəfindən riayət edilmir, həmçinin məlumatlandırma icraatı qaydasında fərdi evlər üzrə təqdim edilən layihələrdə qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilir. Son dövrdə Komitə rəsmiləri tərəfindən təhlil edilmiş layihələrin əhəmiyyətli hissəsində sözügedən səhvlərin təkrarlanmasının tikintiyə icazə icraatında gecikmələrin əsas səbəblərindən olduğu seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Seminar zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müntəzəm aparılan təhlillərin ötən il üzrə nəticələri elan olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihələndirmə təşkilatlarına müvafiq tövsiyyələr verilib. Həmçinin, layihələndirmə təşkilatları nümayəndələrinin təklifləri dinlənilərək qeydə alınıb.



Все новости