Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Ağdaş şəhərində vətəndaşları qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaş şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 10-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib.

Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər dinlənilib. Qaldırılan bəzi məsələlər yerində həllini tapıb, araşdırma tələb edən digər məsələlərin həlli məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. 

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.



Все новости