Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Kürdəmir şəhərində vətəndaşları qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Kürdəmir şəhərində vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları davam etdirilir. Növbəti qəbul 14 dekabr tarixində Kürdəmir şəhərində keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Kürdəmir, Zərdab, Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla anılıb.
Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində müzakirə edilərək həlli yolları izah olunub, digər məsələlərlə bağlı suallar qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb.



Все новости