Əməkdaşlarımız Bakı Marafonunda iştirak ediblər
Memarlıq ideya ilə başlayır, şəhərsalma isə gələcəyə baxış üzərində formalaşır. Müasir şəhər ritmi insanların, hərəkətin və həyatın harmoniyasını təmin edən məkanlardan başlayır.
Bu il ilk dəfə 42 km tam məsafəni əhatə edən “Baku Marathon 2026” sağlam həyat tərzi ideyası ətrafında minlərlə insanı bir araya gətirdi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları da bu marafonun iştirakçıları sırasında yer aldı.
Komandamızın hər bir üzvü ilə qürur duyuruq!