Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib.
“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib.

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda Qış Plenumu keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə hesabat dövründə görülən işlər haqqında geniş məlumat verib, Plenum mövzusunun aktuallığından danışıb.

Salamlama nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş şəhər və kəndlərin ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ən müasir və innovativ yanaşmaların tətbiq edildiyindən və hazırda bu layihələr əsasında aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışıb, bu istiqamətdə bütün memar və layihəçilərin qarşısında duran əsas vəzifələri vurğulayıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən yenidənqurma prosesində iştirak edəcək gənc mütəxəssislərə ehtiyac olduğunu və yüksək ixtisaslı belə kadrlar bazasının formalaşdırılmasında Komitənin Memarlar İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin vacibliyini xüsusi qeyd edib.

Komitə sədrinin müavini, Azərbaycan Memarlar İttifaqının katibi İlqar İsbatov isə işğaldan azad olunmuş ərazilərə dair təqdimatla çıxış edərək burada həyata keçirilən şəhərsalma fəaliyyəti, planlaşdırma və memarlıq həllərindəki yanaşmalar barədə məlumat verib.

Daha sonra “İşğaldan azad olunmuş ərazilərdə görülən işlər və qarşıdakı planlar” mövzusunda məruzə ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Ramil Cahangirov çıxış edib. O, işğaldan azad olunmuş ərazilərin planlaşdırma sənədlərinin hazırkı vəziyyəti, eyni zamanda burada əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək məqsədilə şəhər və kəndlərdə yaradılan yaşayış infrastrukturundan söz açıb.

Qeyd olunub ki, bu günə qədər Komitəyə azad olunmuş ərazilər üzrə 410-dan çox müxtəlif təyinatlı tikinti obyektinə ümumilikdə 6 000 hektardan çox torpaq sahəsinin ayrılmasına dair müraciətlər edilib. Artıq 110-dan çox tikinti obyektinin şəhərsalma əsaslandırılması təsdiq edilib, 100-dən artıq obyektin tikintisinə icazə verilməsi üçün layihə-smeta sənədləri Komitəyə təqdim olunub.

Sonda 2024-cü ilin yaz Plenumunun işğaldan azad olunmuş ərazilərdə tarixi irsimizin bərpası və qorunub saxlanılması mövzusuna həsr olunması qərara alınıb.

 



Все новости