
Komitə sədri Anar Quliyev Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarından olan sakinlərlə görüşüb
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Lənkəran şəhərində baş tutan qəbul zamanı vətəndaşların torpaq münasibətləri, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin tikintisinə və istismarına icazə icraatı ilə bağlı sualları cavablandırılıb, qaldırılan məsələlər həll edilib, Komitə tərəfindən yaradılan elektron icazə sisteminin üstünlükləri haqqında ətraflı məlumat verilib.