Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri Anar Quliyevin növbəti vətəndaş qəbulu Xaçmaz şəhərində baş tutub
Komitə sədri Anar Quliyevin növbəti vətəndaş qəbulu Xaçmaz şəhərində baş tutub

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev avqustun 21-də Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə görüşüb.

 

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

 

Vətəndaş qəbulu zamanı torpaqdan səmərəli istifadə, yaşayış və qeyri-yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi, eləcə də şəhərsalma və tikinti normalarına uyğun olaraq müvafiq icazələrin alınması ilə bağlı müraciətlərə baxılıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərlərinin həlli istiqamətində isə növbəti addımlar razılaşdırılıb.



Все новости