Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Komitə sədri İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sentyabrın 18-də İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Tomas Ştali ilə görüşüb.

 

Görüşdə Azərbaycan və İsveçrə arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə edilib. Komitə sədri İsveçrə tərəfini böyük məmnuniyyətlə 2026-cı ildə ölkəmizdə baş tutacaq birgə təşəbbüslərin reallaşdırılması üçün əlverişli platforma olan 13-cü Ümumdünya Şəhərsalma Forumu və bu ilin oktyabrında keçiriləcək 3-cü Milli Şəhərsalma Forumuna dəvət edib.



Все новости