Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri Şamaxı şəhərində vətəndaşları qəbul edib
Komitə sədri Şamaxı şəhərində vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyunun 12-də Şamaxı, İsmayıllı və Qobustan rayon sakinləri ilə Şamaxı şəhərində görüşüb.

 

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

 

Qəbul zamanı vətəndaşların torpaq münasibətləri, şəhərsalma və tikinti məsələləri ilə bağlı müraciətlərinə baxılıb, onların həlli mexanizmləri müzakirə edilib.

 

Eyni zamanda, ərazilərin inkişafı və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Все новости