Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb
Komitə sədri Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu dəfə Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib. Görüş 21 fevral 2023-cü tarixində Şamaxı şəhərində baş tutub. 

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Qəbul zamanı tikintiyə icazə icraatı prosesi, məlumatların Tikintilərin Dövlət Reyestrinə yerləşdirilməsi və digər istiqamətlərdə vətəndaşların müraciətləri dinlənilib. 

Komitənin fəaliyyət istiqamətlərinə daxil olan məsələlərin bir qismi yerində həll edilib, digər məsələlərin araşdırılması üçün tapşırıqlar verilib. Eyni zamanda, bəzi müraciətlərin həlli yolları izah edilərək aidiyyəti dövlət qurumlarına yönləndirilib.



Все новости