Ölkəmizin ev sahibliyi edəcəyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən sərgidə nümayiş olundu
Yeni tərəfdaşlıqların və dayanıqlı şəhərlər üçün innovativ həllərin müzakirə olunacağı dünyanın ən nüfuzlu şəhərsalma tədbirlərindən biri olan Forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ilə 17-22 may 2026-cı ildə Bakıda keçiriləcək.