Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Təbii təhlükələrdən mühəndisi mühafizə haqqında  kitab nəşr edilib
Təbii təhlükələrdən mühəndisi mühafizə haqqında kitab nəşr edilib

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Təbii təhlükələrdən mühəndisi mühafizə" adlı kitab çap edilib. Sözügedən vəsait ərazilərin təbii təhlükələrdən mühəndis mühafizəsinin təmin olunması üçün konstruksiyaların sistemləşdirilməsi, tədqiqi və layihələndirmədə tətbiqinə dair təkliflərin işlənilməsi mövzusu üzrə elmi-tədqiqat işinin nəticələri əsasında ərsəyə gəlib. Kitabda ərazilərin təbii təhlükələrdən və hadisələrdən mühəndis-mühafizə metodları və qurğuları haqqında dolğun məlumatlar əks olunub. Təbii təhlükələrin yaranma səbəblərinin və qanunauyğunluqlarının müəyyən edilməsinə, onların təsnifatlaşdırılması və proqnozlaşdırılması məsələlərinə toxunan nəşr bu sahədə Azərbaycan dilində yazılan ilk kitablardandır.

Qeyd edək ki, vəsait mühəndislər, layihəçilər, mühəndis-geoloqlar, təbiəti mühafizə edən mütəxəssislər, ali məktəb müəllimləri və tələbələrin istifadəsi üçün nəzərdə tutulur. Bu sahədə fəaliyyət göstərən təşkilatlar tərəfindən bununla bağlı Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna müraciət edilə bilər. Kitab ödənişsiz təqdim olunur.



Все новости