Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Tikinti sahəsində icazə prosedurlarının müzakirəsinə həsr olunmuş tədbir keçirilib
Tikinti sahəsində icazə prosedurlarının müzakirəsinə həsr olunmuş tədbir keçirilib

1 may 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü və Fövqəladə Hallar Nazirliyinin dəstəyi əsasında müvafiq dövlət orqanları və özəl sektorda çalışan şirkətlərin rəhbər şəxslərinin iştirakı ilə tədbir keçirilib.

 

Tədbir tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsinin keyfiyyətinin artırılması, habelə bu sektorda çalışan sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə çevik platformanın yaradılması məsələlərinə həsr olunub.

 

Açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud aktual problemlər, təqdim olunan layihələrin keyfiyyət göstəricilərinin artırılması imkanları, mövcud qanunvericiliyin tələbləri və normativlər, Komitə tərəfindən yaradılan Elektron İcazə Portalı (e-tikinti.gov.az) üzərindən işin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin tikintisi və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.  Görüşün nəticəsində iştirakçılar yarana biləcək məsələlərin çevik qaydada həll edilməsi üçün dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin davamlı təşkil edilməsi barədə razılığa gəliblər.



Все новости