Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun  cari il üzrə ilk iclası keçirilib
“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun cari il üzrə ilk iclası keçirilib

1 mart tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 2022-ci il ərzində fәaliyyәtin tәşkili mövzusunda onlayn iclası baş tutub.

İclasda iştirakçılara elektron sistemdən istifadəyə dair mövcud vəziyyət barədə məlumat verilib, statistik göstəricilər təqdim edilib. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrup tərəfindən bu il ərzində fәaliyyәtin təşkili mexanizmindən danışılıb, görüləcək işlərin icra vəziyyəti müzakirə edilib. Onlayn toplantıda tikintiyә vә istismara icazәlәrin verilmәsi sahәsindә xidmәtlәrin rәqәmsallaşdırılmasının vacibliyindən, “Bir pәncәrә” e-sisteminin funksionallığının genişləndirilməsi istiqamətində atılmış addımlardan söz açılıb, maarifləndirici seminarların və proqramların təşkili üzrə görüləcək işlər müəyyən edilib.

Bununla yanaşı, iclas çərçivəsində şəhərsalma və tikintidә keyfiyyәtә nәzarәt sahәsindә qanunvericiliyin tәkmillәşdirilmәsi, bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqinə dair təqdimat keçirilib, binaların estetik görünüşünün qorunmasını təmin etmək məqsədi ilə təkliflər səsləndirilib.  

Qeyd edək ki, “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13.07.2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın 19 işçi qrupundan biridir. Bu işçi qrupuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərlik edir.    



Все новости