Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Komitənin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib.
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Komitənin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət ediblər.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.