WUF13-də SPECA regionu üzrə ilk xüsusi platforma olan SPECA Şəhərlər Forumunun rəsmi açılışı baş tutub
WUF13 çərçivəsində mayın 20-də Bakı şəhərində SPECA regionu üzrə şəhərlər arasında əməkdaşlığa həsr olunan ilk xüsusi platforma - SPECA Şəhərlər Forumunun rəsmi açılışı baş tutub
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib ki, Forumun 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində təsis olunması dayanıqlı şəhər inkişafı sahəsində regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım olub.
Onun sözlərinə görə, bu gün şəhərlər sürətli urbanizasiya, əlçatan mənzil təminatı, iqlim dayanıqlılığı, enerji səmərəliliyi və rəqəmsal transformasiya kimi əsas qlobal çağırışların həllində ön sıradadır.
Almatı, Arkadağ, Bişkek, Düşənbə, Gəncə və Səmərqənd şəhərlərinin təşəbbüsü ilə yaradılan SPECA Şəhərlər Forumunun region şəhərləri arasında təcrübə mübadiləsi, praktik həllərin təşviqi və uzunmüddətli tərəfdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayacağı qeyd olunub.