Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Bütün növ tikinti obyektlərinin istismarına icazələrin elektron sistem vasitəsilə verilməsinə başl...
Bütün növ tikinti obyektlərinin istismarına icazələrin elektron sistem vasitəsilə verilməsinə başlanılıb
Bütün növ tikinti obyektlərinin istismarına icazələrin elektron sistem vasitəsilə verilməsinə başlanılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən obyektlərin tikintisi və istismarına icazələrin alınması prosesi daha da asanlaşdırılır. Məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, şəffaflığın və istifadədə rahatlığın təmin edilməsinə hədəflənən “Bir pəncərə” elektron sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elektron portala yeni xidmət növləri əlavə edilməkdədir.

Sistem vasitəsilə Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində əldə etmək mümkündür. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.

Cari ilin fevral ayında istifadəyə verilmiş sistem ilkin mərhələdə yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərsə də, bu gün artıq portalın ölkə üzrə əhatə dairəsi genişləndirilir. Ötən aylar ərzində sistem pilot layihə olaraq Lənkəran iqtisadi rayonu (Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad) üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Ardınca mərhələli şəkildə portala digər rayonlar da inteqrasiya edilərək, onların ümumi sayı 56-ya çatdırılıb.

*** Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsini nəzərə alaraq, sistemə inteqrasiya olunan yerli icra hakimiyyəti orqanlarının baş memarları və digər aidiyyəti əməkdaşları üçün maarifləndirici tədbirlər keçirilib. Təlimlər zamanı Lənkəran, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz, Abşeron, Aran və Yuxarı Qarabağ iqtisadi bölgələrindən ümumilikdə 56 rayon memarlarına sistem haqqında ətraflı məlumat verilib, portalın işləmə mexanizmi canlı şəkildə nümayiş etdirilib, mövcud problemlər təhlil edilərək yaranmış suallar Komitənin portala cavabdeh şəxsləri tərəfindən cavablandırılıb. 

 

Bundan əlavə, dekabr ayından etibarən portal vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazələrin verilməsi üzrə işlərə başlanılıb.

Portalın təkmilləşdirilməsi nəticəsində istənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır. Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və 20 gün müddətində baxış keçirilir. Sistem həmçinin xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi də eyni qaydada elektron formada təqdim olunur.

Hazırda bu xidmətdən yalnız Bakı şəhəri üzrə istifadə edilir. Gələn ildən ölkənin bütün rayonlarının bu xidmətdən də istifadə üçün sistemə qoşulması nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, təhsil, tibb, mədəniyyət müəssisələri və sosial xidmət kimi layihələndirilən tikinti obyektlərinə görə hesablanan xidmət haqqının məbləğinə 0,5 güzəşt əmsalı (50% güzəşt) tətbiq edilir.

Komitə sistemin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. 2020-ci ildə “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə də icazələrin alınması mümkün olacaq. Artıq bu istiqamətdə müvafiq yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlıq təşkil edilir və lazımi hazırlıq tədbirləri görülür.

“Bir pəncərə” elektron müraciət sistemi “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli 460 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə siyahıda son 2 il ərzində 102 pillə irəliləyərək 59-cu yerdə qərarlaşıb.



Bütün xəbərlər